\
12 Oktyabr 2024 - Şənbə

Gəncə Gəncləri Sahibkarlıqla bağlı Beynəlxalq layihədə - FOTOLAR

Gəncə Gəncləri Sahibkarlıqla bağlı Beynəlxalq layihədə - FOTOLAR
1478baxış

Mediapress.az xəbər verir ki, Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin əməkdaş olduğu  "Joint Organization to Unite Rural Networks of Entrepreneurial Youth" layihəsi çərçivəsində keçirələcək beynəlxalq  Erasmus+ proqramı üçün iştirakçıların ərizə qəbulu yekunlaşıb. Hazırda iştirakçıların seçimi prosesi davam edir.

19-25 May 2019 – cu il tarixlərini əhatə edən təlim 8 təşkilatın əməkdaşlığı ilə Avropa Birliyi ölkələrindən İtaliya, Fransa, Polşa və Şərq Tərəfdaşlığı ölkələri Ukrayna, Azərbaycan ( Gəncə şəhəri və ətrafı) və Gürcüstandan sahibkarlıq bacarıqlarını inkişaf etdirmək istəyən 21 gəncin iştirakı ilə həyata keçiriləcək. 

Layihənin məqsədi region gənclərinin özünü təsdiq etmək şansları az olduğundan aqrar sahədə onların biliklərini artırmaq və Avropa ölkələrinin təcrübələrinin mənimsənilməsidi.

Region gənclərinin məşğulluğu Şərq Tərəfdaşlığı ölkələrinin əsas mövzularındandır. Bu ölkələrdə gənc işsizliyini aradan qaldırmaq və davamlı sahibkarlıq potensialını inkişaf etdirmək üçün yaşıl iqtisadiyyatın davamlı inkişafına ehtiyac var. Məhz bunu nəzərə alan layihə gənclərin sahibkarlıq fəaliyyətinin inkişafına yönəlib. Layihənin yekun nəticəsi Ukrayna, Gürcüstan və Azərbaycanın Avropa Birliyi ilə iqtisadi əlaqələrinin inkişafına və Avropaya inteqrasiyasına kömək edəcəkdir.

 

Hörmətlə,

Sevinc Məmmədova

Avropa Gənclər Paytaxtı 2016