\
12 Oktyabr 2024 - Şənbə

Bakıda mənzildən 53 yaşlı kişinin meyiti aşkarlanıb

Bakıda mənzildən 53 yaşlı kişinin meyiti aşkarlanıb
1418baxış

Bakıda mənzildən 53 yaşlı kişinin meyiti aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Mediapress.az a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1966-cı il təvəllüdlü Əfəndiyev Yaşar İbrahim oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər. 

Əməliyyat başa çatıb.