\
12 Oktyabr 2024 - Şənbə

İranın kəşfiyyat naziri: “ABŞ-ın 290 casusunu ifşa etmişik”

İranın kəşfiyyat naziri: “ABŞ-ın 290 casusunu ifşa etmişik”
1397baxış

“ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) qarşı aparılan mürəkkəb əməliyyatlar nəticəsində müxtəlif ölkələrdə, o cümlədən İranda fəaliyyət göstərən şəbəkədə 290-dan çox casus ifşa etmişik”.

“Rport” xarici KİV-ə  istinadən xəbər verir ki, bunu İranın informasiya və kəşfiyyat (ETTELAAT) naziri Mahmud Ələvi bildirib.

Onun sözlərinə göə, İranın vacib sahələrinə yeridilən MKİ-nin onlarla əməkdaşını həbs ediblər.

Nazir deyib ki, MKİ ilə yanaşı, İran kəşfiyyatı Britaniyanın “Mi-6” agentlərinin ifşası ilə məşğul olub.