\
12 Oktyabr 2024 - Şənbə

Yeni rəsm əsəri: Dədə Qorqud və Napoleon bir arada

Yeni rəsm əsəri: Dədə Qorqud və Napoleon bir arada
1725baxış

Tanınmış rəssam Cəmaləddin Dərbəndli (İsmayılov) "Renesans" adlı yeni rəsm əsəri yaradıb.

Mediapress.az xəbər verir ki, əsərdə məşhur rəsmlər, heykəllər, kitablar və s. var.

Cəmaləddin İsmayılov öz əsərində Dədə Qorqud, Jan Pol Marat, Napoleon Bonaparta həsr olunmuş rəsmləri, "Mona Liza"nı (Cokonda) və digər mədəniyyət nümunələrini təsvir edib. Həmçinin, əsərdə təkallahlı dinləri (islam, iudaizm və xristianlıq) özündə əks etdirən hissə var.

Qeyd edək ki, C.İsmayılov Təhsil Nazirliyinin baş rəssamı olub. Onun bir neçə əsəri xarici ölkələrdə - Türkiyə, Rusiya, İngiltərə, Fransa və Almaniyada şəxsi kolleksiyalardadır. Bəxtiyar Vahabzadəyə həsr etdiyi portreti AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində sərgilənir.