\
12 Oktyabr 2024 - Şənbə

Fransada Azərbaycan məktəbinin açılışı olub - FOTO

Fransada Azərbaycan məktəbinin açılışı olub - FOTO
1415baxış

Fransanın Nant şəhərində Azərbaycan məktəbinin açılışı olub.

"Report"un Fransa bürosu xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov açılışda iştirak edib.

Məktəbdə 6-9 və 9-13 yaşlar üzrə iki sinif fəaliyyət göstərəcək. Uşaqlara Ana dili ilə yanaşı Azərbaycan tarixi, coğrafiyası, qəhrəmanları, ədəbiyyatı da tədris ediləcək. Məktəbə yazılan azərbaycanlı uşaqların sayı 20 nəfərdir və hazırda uşaq qəbulu davam edir.