\
12 Oktyabr 2024 - Şənbə

Bakıda gənc qız burun əməliyyatından sonra həyatını itirdi (FOTO)

Bakıda gənc qız burun əməliyyatından sonra həyatını itirdi (FOTO)
1495baxış
Bakıda gənc qız burun əməliyyatından sonra dünyasını dəyişib.
 
Mediapress.azTrend-ə istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Gülyaz Hacıyeva keçirdiyi burun əməliyyatından sonra dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, gənc qız özəl klinikaların birində 15 gün ərzində 3 dəfə əməliyyat olunub. İlk əməliyyatını aprelin 3-də keçirən G.Hacıyeva burun çəpərinin əyriliyi və artıq ətdən əziyyət çəkirmiş.
 
Xanımın sonuncu əməliyyatı aprelin 17-si baş tutub. Sonuncu əməliyyatda gənc qızın qanında laxtalanma olmadığından o, çoxlu qan itirib və bu səbəbdən komaya düşüb.
 
G.Hacıyeva 18-i gecə saatlarında dünyasını dəyişib.