\
12 Oktyabr 2024 - Şənbə

Bu il Naxçıvan iqtisadiyyatı 2,2% böyüyüb

Bu il Naxçıvan iqtisadiyyatı 2,2% böyüyüb
1445baxış

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 535 mln. 968 min manatdan artıq ümumi daxili məhsul istehsal edilib.

Mediapress.az-ın Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, bir il öncəki göstəricidən 11 mln. 782 min manat və ya 2,25% çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5% artaraq 1 174 manatı ötüb. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,4%-lik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 53,7% təşkil edib.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-mart aylarında sənaye məhsulu 1,2%, kənd təsərrüfatı məhsulu 2,4%, nəqliyyat sektorunda yük daşınması 2,3%, informasiya və rabitə xidmətləri 3,3% artıb.