\
12 Oktyabr 2024 - Şənbə

Bakının iki küçəsində nəqliyyatın hərəkət məhdudlaşdırılacaq

Bakının iki küçəsində nəqliyyatın hərəkət məhdudlaşdırılacaq
1395baxış

Bu gün saat 23:00-dan sabah saat 06:00-a qədər Bakının Nəsimi rayonunun Kövkəb Səfərəliyeva və Dilarə Əliyeva küçələrində nəqliyyat vasitələrinin hərəkəti tamamilə və yaxud qismən məhdudlaşdırılacaq. 

Bu barədə Mediapress.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumata görə, buna səbəb mövcud nişanlanma xətlərinin yenilənməsidir.