\
12 Oktyabr 2024 - Şənbə

Azərbaycanın tekila idxalı artıb

Azərbaycanın tekila idxalı artıb
1367baxış

Azərbaycan 2018-ci ildə Meksikadan 333 min ABŞ dolları həcmində tekila idxal edib.

Mediapress.az xəbər verir ki, bu barədə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini bu içki növü üzrə meksikalı istehsalçıların təqdimatında bildirib.

Onun sözlərinə görə, ötən il Azərbaycanın tekila idxalı 2017-ci illə müqayisədə 39,54% artıb.

2017-ci ildə Meksika Azərbaycana 239 min ABŞ dolları məbləğində spirtli içkilər ixrac edib.