\
12 Oktyabr 2024 - Şənbə

Cəlilabadda məktəblilərə internetdəki təhlükələrdən danışılıb

Cəlilabadda məktəblilərə internetdəki təhlükələrdən danışılıb
1394baxış

Cəlilabad rayonunda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom MMC tərəfindən Ə.Kərimov adına Gülməmmədli kənd orta məktəbində "İnternetdə olan imkanlar və təhlükələr" adlı seminar keçirilib.

Mediapress.az-ın Muğan bürosunun məlumatına görə, layihənin məqsədi kənd yerlərində yaşayan məktəblilərin internetdən səmərəli istifadəsinin təmin edilməsi, kibertəhlükəsizlik texnologiyaları sahəsində praktiki və nəzəri biliklərin artırılmasıdır. Seminar 3 mövzudan - rabitə və internet haqqında ümumi məlumat, internetin imkanları təhlükələri mövzularından ibarət olub. Tədbirin sonunda iştirakçıların mövzular üzrə sualları cavablandırılıb.

Qeyd edək ki, belə seminarlar digər bölgələrdə də həyata keçirilib.