\
12 Oktyabr 2024 - Şənbə

"Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb

"Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
1353baxış

 

“Yapı Kredi Bank Azərbaycan” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 385,160 milyon manat təşkil edib.

“Report” bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 6,3% azdır.

“Yapı Kredi Bank Azərbaycan”ın aktivlərinin 118,214 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə bankın kredit portfeli 17,8% böyüyüb.

Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın cəmi öhdəlikləri 9,6% azalaraq 305,131 milyon manata, o cümlədən depozit portfeli 10,2% azalaraq 278,74 milyon manata düşüb.

İl ərzində “Yapı Kredi Bank Azərbaycan”ın cəmi kapitalı isə 8,95% artaraq 80,029 milyon manata çatıb.

Bu ilin I rübündə “Yapı Kredi Bank Azərbaycan”ın faiz gəlirləri 8,36 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 1,1% az), faiz xərcləri 744 min manat (51,2% az), qeyri-faiz gəlirləri 3,598 milyon manat (11,6% az), qeyri-faiz xərcləri 7,015 milyon manat (6,7% az), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları 1,973 milyon manat (21,7% az), mənfəət vergisi ödəmələri isə 539 min manat (79,1% çox) təşkil edib. Son nəticədə Bank rübü 1,686 milyon manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,55 dəfə çoxdur.

Xatırladaq ki, "YapıKredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,381 milyon manatdır. Bankın səhmlərinin 99,8%-i Türkiyənin "YapıKredi Bankı"na, 0,01%-i "YapıKredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01%-i isə "YapıKredi Finansal Kiralama" şirkətinə məxsusdur.