\
12 Oktyabr 2024 - Şənbə

Gəncədə həmyerlisini güllələyən şəxsin məhkəməsi başlayıb

Gəncədə həmyerlisini güllələyən şəxsin məhkəməsi başlayıb
1402baxış

Gəncə Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Arif Həsənovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Mediapress.az-ın xəbərinə görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 30-na təyin edilib.

Qeyd edək ki, ötən il noyabrın 30-da saat 1 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini A.Həsənov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Elmar Əlizadəyə xəsarət yetirib. Daha sonra A.Həsənov saxlanılıb.