\
12 Oktyabr 2024 - Şənbə

Azərbaycanı II Avropa Oyunlarında təmsil edəcək karateçilərin sayı artıb

Azərbaycanı II Avropa Oyunlarında təmsil edəcək karateçilərin sayı artıb
1397baxış

Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında Azərbaycanı daha bir karateçi təmsil edəcək. 

Mediapress.az-ın məlumatına görə, Avropa Karate Federasiyasının (EKF) oyunlarla bağlı xüsusi göstəricilərə əsasən qərarı ilə, Rafiz Həsənov (67 kq) öz çəki dərəcəsində mübarizə aparacaq 8 idmançı arasına daxil edilib.

50 ölkədən 4000-dən artıq idmançının 15 növ üzrə mübarizə aparacağı 2-ci Avropa Oyunlarında Azərbaycanın 7 karateçisi mübarizə aparacaq. Bunlar Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Asiman Qurbanlı (+84 kq) və Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (50 kq) və İrina Zaretskadır (68 kq) .

Qeyd edək ki, 2-ci Avropa Oyunları 1-30 iyunda baş tutacaq. Karate yarışları 29-30 iyunda Minskin Çijovka-Arena kompleksində keçiriləcək.