\
12 Oktyabr 2024 - Şənbə

Tovuzda su anbarında batan şəxsin meyiti tapılıb

Tovuzda su anbarında batan şəxsin meyiti tapılıb
1391baxış

Tovuz rayonunda su anbarında batan şəxsin meyiti tapılıb.

Mediapress.az-ın Qərb mərkəzinin məlumatına görə, rayonun Yuxarı Öysüzlükənd sakini, 1950-ci il təvəllüdlü Vidadi Allahverdi oğlu Dilənovun meyiti Vahidli kəndi ərazisində olan Tovuzçay su anbarında tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Tovuz rayonunda itkin düşən kişinin göldə batmasına dair ehtimallar dəqiqləşib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, 1950-ci il təvəllüdlü Dilənov Vidadi Allahverdi oğlunun rayonun Vahidli kəndi ərazisindəki süni göldə (Tovuz çay su anbarı) batdığı məlum olub.

Hazırda onun axtarışları davam edir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə qüvvələri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tovuz rayonunda 69 yaşlı kişi itkin düşüb.

"Report"un Qərb mərkəzinin məlumatına görə, rayonun Yuxarı Öysüzlü kənd sakini, 1950-ci il təvəllüdlü Vidadi Dilənovun rayonun Vahidli kəndi ərazisində olan Qazıqulu gölündə batdığı ehtimal olunur. 

Hazırda əraziyə xilasetmə qüvvələri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.