\
12 Oktyabr 2024 - Şənbə

Zaqatala rayonunda 3 nəfəri it dişləyib

Zaqatala rayonunda 3 nəfəri it dişləyib
1419baxış

Zaqatala rayonunda 3 nəfəri it dişləyib.

Muxax kənd sakini 1989-cu il təvəllüdlü Əfqan İsmayıl oğlu Həsənovu kənd ərazisində it dişləyib.

Növbəti hadisə rayonun Göyəm kəndində qeydə alınıb.1949-cu il təvəllüdlü Məhəmməd Abdusalam oğlu Liliyevə də sahibsiz it hücum çəkib.

Digər hadisə isə rayonun Muğanlı kəndində baş verib. 2006-cı il təvəllüdlü Akif Natiq oğlu Musayevi küçə iti dişləyib.

İt dişləyən şəxslər Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hər üç şəxsə əl və barmaq nahiyyələrinin it dişləməsi diaqnozu qoyulub və peyvənd olunduqdan sonra evə buraxılıblar.

Mediapress.az