\
12 Oktyabr 2024 - Şənbə

ÜST: Liviyada son həftələrdə döyüşlərdə 350-yə yaxın adam ölüb

ÜST: Liviyada son həftələrdə döyüşlərdə 350-yə yaxın adam ölüb
1438baxış

"Liviyanın Tripoli bölgəsində hərbi əməliyyatların getdiyi 24 gün ərzində 1997 nəfər ondan bilavasitə təsirlənib: 345 nəfər ölüb, 1625 nəfər yaralanıb. Mülki əhali arasında belələrinin sayı 96 nəfərdir - 22 nəfər ölüb, 74 nəfər yaralanıb".

Mediapress.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç deyib.

Onun sözlərinə görə, ÜST Tripoli bölgəsinə əməliyyat keçirmək imkanı ilə əlavə təcili yardım qrupu göndərib. Son üç həftə ərzində ÜST həkimləri 140-dan çox böyük əməliyyat keçirib və 100-dən çox kiçik cərrahi müdaxilə edib.