\
12 Oktyabr 2024 - Şənbə

“Azərbaycan nemətləri” Sibirdə təqdim olunur

“Azərbaycan nemətləri” Sibirdə təqdim olunur
1369baxış

Novosibirsk şəhərində Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinin layihəsi olan “Azərbaycan nemətləri” ticarət şəbəkəsinin növbəti təqdimatı keçirilib.

“Report” xəbər verir ki, təqdimat Novosibirsk şəhər Sənaye və Ticarət Palatası, həmçinin Azərbaycan Baş Konsulluğunun təşkilati dəstəyi ilə baş tutub.

“Azərbaycan nemətləri” ticarət şəbəkəsi “Azərbaycan Ticarət Evi” layihəsinin tərkib hissəsidir. “Azərbaycan Ticarət Evi” layihəsinin konsepsiyası ilə tanış olan yerli sahibkarlar Azərbaycan məhsullarına xüsusi maraq göstəriblər. Təqdimatda Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Rüstəm Əliyev konsepsiyanın başlıca istiqamətləri barədə məlumat verib.

Konsepsiyada Azərbaycan məhsullarının Rusiyada yayılması üçün nümayəndəlik tərəfindən yaradılan sistem olan və Azərbaycanın ixracat, turizm, investisiya potensialını əks etdirən daimi sərgini, Azərbaycan məhsullarını idxal edən dövlət və özəl tərəfdaşlığına əsaslanan şirkəti, “Azərbaycan nemətləri” ticarət şəbəkəsini ehtiva edən Azərbaycan Ticarət Evi əsas yer tutur. Belə ki, Azərbaycan Ticarət Evi “Azərbaycan nemətləri” şəbəkəsində dükanlarını açan sahibkarlara Azərbaycan məhsullarının geniş çeşidilə təchizatında kömək edəcək.