\
12 Oktyabr 2024 - Şənbə

Ukrayna MSK Zelenskini prezident seçkisinin qalibi elan edib

Ukrayna MSK Zelenskini prezident seçkisinin qalibi elan edib
1464baxış

Ukraynanın Mərkəzi Seçki Komissiyası Vladimir Zelenskini rəsmən prezident seçkisinin qalibi elan edib.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"2019-cu il aprelin 21-də keçirilən ikinci səsvermənin nəticələrinə görə, Prezidentliyə namizəd Vladimir Zelenski Ukrayna prezidenti seçilib", - MSK rəhbəri Tatyana Slipaçuk iclasda bildirib.

Onun sözlərinə görə, V.Zelenski ikinci turda səslərin 73,22%-ni, hazırkı Prezident Petro Poroşenko isə yalnız 24,45%-ni toplayıb.