\
12 Oktyabr 2024 - Şənbə

Qazaxıstan Xəzərdə insidentlərin qarşısının alınması barədə sazişi təsdiqləyib

Qazaxıstan Xəzərdə insidentlərin qarşısının alınması barədə sazişi təsdiqləyib
1453baxış

Qazaxıstan Parlamentinin Senatının (yuxarı palata) deputatları Xəzər dənizində insidentlərin qarşısının alınması ilə bağlı sazişi nəzərdən keçirib və təsdiqləyib.

Bu barədə Mediapress.az  "RİA Novosti"yə istinadən xəbər verir.

Xatırladaq ki, sənəd aprelin əvvəlində ölkə parlamentinin Məclisinin (aşağı palatası) deputatları tərəfindən nəzərdən keçirilmiş və təsdiqlənmişdi. Xəzər dənizində insidentlərin qarşısının alınması üzrə sazişin özü isə 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində imzalanıb.

Sazişin əsas məqsədi Xəzər dənizində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın hərbi dəniz gəmilərinin və ölkələrin Silahlı Qüvvələrinin hava gəmilərinin uçuşlarının təhlükəsizliyini təmin etməkdir.

Qeyd edək ki, saziş tərəflərin Xəzər dənizində fəaliyyət göstərən və ərazi suları və onların üzərindəki hava məkanından kənarda olan hərbi gəmilərə və hava gəmilərinə şamil ediləcək.