\
12 Oktyabr 2024 - Şənbə

"Unibank"ın mənfəəti 44% artıb

"Unibank"ın mənfəəti 44% artıb
1385baxış

"Unibank" ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 736,461 milyon manat təşkil edib.

Mediapress.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 26,7% çoxdur.

"Unibank"ın aktivlərinin 399,808 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 34,8% böyüyüb.

Hesabat dövründə "Unibank"ın cəmi öhdəlikləri 31,3% artaraq 673,768milyon manata, o cümlədən depozit portfeli 51,1% artaraq 501,03 milyon manata çatıb, Bankın cəmi kapitalı isə 7,8% azalaraq 62,693 milyon manata düşüb.

Bu ilin I rübündə "Unibank"ın faiz gəlirləri 19,784 milyon manat (ötən ilin I rübünə nisbətən 76,8% çox), faiz xərcləri 7,824 milyon manat (51,2% çox), qeyri-faiz gəlirləri 4,582 milyon manat (10,4% çox), qeyri-faiz xərcləri 14,996 milyon manat (9,5% çox), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları üzrə qənaəti 5,292 milyon manat (36% az), mənfəət vergisi ödəmələri isə 8 min manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib. Son nəticədə Bank rübü 6,83 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,1% çoxdur.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 44,5%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 41,9%-i Eldar Qəribova(Müşahidə Şurasının sədri), 13,6%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.