\
12 Oktyabr 2024 - Şənbə

İlan gəncləri sancıb - Göyçayda

İlan gəncləri sancıb - Göyçayda
1489baxış

Göyçay rayonunda ilansancma hadisəsi baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, rayonun 15 yaşlı Yekəxana kənd sakini Çingiz Musayev otlaq sahəsində heyvan otararkən ilan onu sancıb.

Zərərçəkmiş dərhal yaxınları tərəfindən Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Orada yaralıya dərhal zərdab vurulub.