\
12 Oktyabr 2024 - Şənbə

ABŞ-da təlim təyyarəsi qəzayə uğrayıb

ABŞ-da təlim təyyarəsi qəzayə uğrayıb
1456baxış

ABŞ-ın Oklahoma ştatında təlim təyyarəsi qəzayə uğrayıb.

Trend-in məlumatına görə, təyyarə heyətinin iki üzvü xəsarət almayıb və Texas ştatında yerləşən ABŞ HHQ-nin bazasına qayıdıblar.

Məlumata əsasən, T-6 Texan II, Oklahoma ştatında təxminən saat 14 radələrində qəzaya uğrayıb. Qeyd edilir ki, hər iki nəfər katapulstasiya edib bazaya qayıdıblar.

Ölkənin HHQ-nin məlumatına görə, fövqəladə hallar xidmətlərinin əməkdaşları qəza yerindədir və istintaq tədbirləri həyata keçirirlər.

Mediapress.az