\
12 Oktyabr 2024 - Şənbə

Azərbaycan Mərkəzi Bankı ötən ay valyuta ehtiyatlarını cüzi artırıb

Azərbaycan Mərkəzi Bankı ötən ay valyuta ehtiyatlarını cüzi artırıb
1376baxış

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il mayın 1-nə 5 789 milyon ABŞ dolları təşkil edib.

“Report” AMB-yə istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 10,4 milyon dollar və yaxud 0,2% çoxdur.

Qurumun valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 163,3 milyon dollar və yaxud 2,9%, son 1 ildə isə 323,2 milyon dollar və yaxud 5,9% artıb.