\
12 Oktyabr 2024 - Şənbə

Avropa İttifaqının növbədənkənar sammiti mayın 28-də keçiriləcək

Avropa İttifaqının növbədənkənar sammiti mayın 28-də keçiriləcək
1446baxış

Mayın 28-də, yəni Avropa Parlamentinə seçkilərdən sonra Avropa İttifaqının (Aİ) 27 üzv ölkəsinin liderlərinin Brüsseldə növbədənkənar görüşü nəzərdə tutulur.

Mediapress.az” xəbər verir ki, bu barədə Aİ-nin bəzi rəsmiləri bildiriblər. Belə ki, görüşdə Avropa Komissiyası prezidenti vəzifəsinə Jan Klod Yunkerin xələfinin namizədliyi müzakirə olunacaq.

Xatırladaq ki, Avropa Parlamentinə seçkilər 23-26 may tarixində keçiriləcək, yeni parlamentin 2 iyul tarixindəki ilk iclasında isə Avropa Komissiyası prezidentliyinə namizəd irəli sürüləcək.

Sammitin keçiriləcəyi barədə Avropa Şurasının prezidenti Donald Tusk tərəfindən mayın 9-da Rumıniya səfəri zamanı məlumat veriləcəyi gözlənilir.