\
12 Oktyabr 2024 - Şənbə

Azərbaycanlı Moskva vilayətində yol qəzasında ölüb

Azərbaycanlı Moskva vilayətində yol qəzasında ölüb
1391baxış

Bu gün Rusiyanın Moskva vilayətinin Şyolkovski rayonunda "Qazel" və MAZ markalı avtomobillər toqquşub.

"Mediapress.az" regionun Nəqliyyat və Yol İnfrastruktur Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, qəzada bir nəfər ölüb, biri yaralanıb.

Ölən şəxs "Qazel"in 28 yaşlı azərbaycanlı sürücüsü olub.