\
12 Oktyabr 2024 - Şənbə

GİZ əlilliklə bağlı yazı müsabiqəsi qaliblərini mükafatlandırdı

GİZ əlilliklə bağlı yazı müsabiqəsi qaliblərini mükafatlandırdı
1468baxış
Almaniya BeynəlxaIq Əməkdaşlıq Cəmiyyəti(GİZ) “Əlilliyi olan şəxslərin hüquqları:qanunvericilik və onun tətbiqi” mövzusunda jurnalistlər üçün elan etdiyi yazı müsabiqəsinin nəticələrini açıqlayıb. Bu münasibətlə GİZ-in ofisində mükafatlandırılma mərasimi keçirilib.
Müsabiqədə qalib olan jurnalistləri təbrik edən “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşma” regional proqramının Azərbaycan üzrə layihə rəhbəri Thomas Meyer qeyd edib ki, araşdırma mövzusu olan əlil insanların hüquqları məsələsi hər zaman aktual problemlərdən olub, olacaq da. Layihə rəhbərinin sözlərinə görə, BMT-nin davamlı və dayanıqlı inkişaf məqsədləri arasında əlilliyi olan insanlara bərabər imkanların yaradılması məqsədi də əsas hədəflərdən biridir. Bütün dünyada aparıcı dövlətlərin belə əlilliklə bağlı problemləri hələ də tam çözülməyib. “Bu səbəbdən cəmiyyətdə əlilliyi olan şəxslərin kənarda qalmaması, onların da bərabər hüquqlu yaşaması üçün medianın rolu mütləqdir.”
Qeyd edək ki, bu dəfəki yazı müsabiqəsinə 20 yazı təqdim olunub. Həmin yazılardan üçü ekspertlər tərəfindən eyni balla qiymətləndirildiyindən hər üçü 1-ci yerə layiq görülüb. GİZ müsabiqəsində şəffaflığın təmin olunması üçün məqalələr imzasız, anonim şəkildə münsiflər heyətinə təqdim olunur.
Qalib yazıları və yazı müəlliflərini təqdim edirik.
Bütün qalibləri təbrik edirik!

I-ci yer - Zülfiyyə Quliyeva / Əlilliyi olan şəxslərin məşğulluğunda qanunvericilik dolanbacı/ Movge.az (109 bal) / http://www.movqe.az/news/sosial/131543.html

I-ci yer - Raminə Eyvazqızı / Əlillik bizdə yox,onların əlil düşüncəli beyinlərindədir / Mediapress.az (109 bal) / http://mediapress.az/news/article/5393-elillik-bizde-yox-onlarin-elil-dusunceli-beyinlerindedir?fbclid=IwAR3lSMdu36K4IeRowDMuSflQ2aAu8DYa4E2av5xOCuAqxZsSrVNk1Gk3ztg

I-ci yer - Fərman Nəbiyev / Heç kəs əlillikdən sığortalanmayıb / Mingəçevir işıqları qəzeti (109 bal) / https://www.mi-news.az/hec-k-s-lillikd-n-sigortalanmayib/

II-ci yer - Rufik İsmayılov / Müyəssərliyi 100 faiz təmin edən ölkə yoxdur / Kaspi.az (105 bal) / http://kaspi.az/az/muyesserliyi-100-faiz-temin-eden-lke-yoxdur-fotolar/?fbclid=IwAR1X8E8DHcJf0x8j6guuSC41atJua5Rqj4sudDeF0wf6JYT_G3K4UQR2u8s

III-cü yer - Ramella Təhməzova / Мужчина с дипломом, но в коляске устал искать работу в Баку / Sputnik.az (104 bal) / https://az.sputniknews.ru/health/20190317/419794232/invalidnost-koljaski-problemy-baku.html

Raminə