\
12 Oktyabr 2024 - Şənbə

Şeremetyevodan uçan sərnişin təyyarəsi gecikmə ilə Bakıya çatıb, daha bir reys yubanır - YENİLƏNİB

Şeremetyevodan uçan sərnişin təyyarəsi gecikmə ilə Bakıya çatıb, daha bir reys yubanır - YENİLƏNİB
1479baxış

Moskvanın Şeremetyevo hava limanında baş vermiş qəza ilə əlaqədar yalnız bir uçuş zolağının işləməsi əlaqədar olaraq Moskvadan "SU 1852" saylı təyyarə reysi xeyli gecikmə ilə Bakıya çatıb.

Heydər Əliyev Beynəlxalq Aeroportundan "Report"a verilən məlumata görə, "Aeroflot" aviaşirkətinə məxsus sərnişin təyyarəsi səhər saat 07:18 radələrində Bakıya eniş edib.

Aeroportun məlumatına görə, Şeremetyevodakı fövqəladə vəziyyətlə əlaqədar olaraq Moskvadan Bakıya uçmalı olan daha bir təyyarə reysində gecikmə olacaq.

Bildirilir ki, Rusiyanın "Aeroflot" aviaşirkətinin "Boeing 737-800" tipli təyyarə ilə həyata keçirəcəyi birbaşa "SU 1854" saylı reysin bir saat gecikmə ilə 13:05-də havaya qalxması gözlənilir. Cədvələ görə təyyarə 17:15-də Bakıda olacaq.


***00:50

Moskvanın Şeremetyevo hava limanının uçuş-eniş zolaqlarının müvəqqəti olaraq bağlanması səbəbindən "SU 1852" saylı Moskva-Bakı reysində gecikmə olacaq.

Bu barədə "Report"a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Ötən gün axşam saatlarında "Aeroflot" aviaşirkətinə məxsus təyyarə Şeremetyevo hava limanında eniş edərkən qəzaya uğrayıb. Nəticədə yanğın baş verib. Təyyarənin göyərtəsində olan 78 nəfərdən 37-si sağ qalıb.

Məlumata görə, "Aeroflot" aviaşirkətinin həyata keçirəcəyi "SU 1852" saylı birbaşa Moskva-Bakı reysi gecikmə səbəbindən Bakı vaxtı ilə 1:30-da yola düşəcək və gecə saat 03:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edəcək.