\
12 Oktyabr 2024 - Şənbə

Təyyarə qəzası nəticəsində 37 nəfər sağ qalıb - Moskvada

Təyyarə qəzası nəticəsində 37 nəfər sağ qalıb - Moskvada
1552baxış

Moskvanın "Şeremetyevo" aeroportunda təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan 78 nəfərdən yalnız 37-si sağ qalıb.

Belə ki, mayın 5-də Moskvadan Murmanska uçan "Aeroflot" aviaşirkətinə məxsus "Sukhoi Superjet 100" (SSJ-100) sərnişin təyyarəsi təcili geri qayıdıb və "Şeremetyevo" hava limanına qəza enişini edən zaman yanmağa başlayıb. "SU-1492" reysini yerinə yetirən "RA-89098" bort nömrəli "SSJ-100" tipli təyyarə Bakı vaxtı ilə saat 18:50-də havaya qalxıb, lakin ardınca təcili eniş etmək istədiyi bildirib. Təyyarə yalnız ikinci cəhddə eniş edə bilib. Bu zaman göyərtəsində 73 sərnişin və 5 heyət üzvü olan təyyarə yanmağa başlayıb. Onun quyruq hissəsi tamamilə məhv olub. Aeroportda operativ qərargah yaradılıb. Ölkənin İstintaq Komitəsi hava nəqliyyatının istismarı üçün təhlükəsizlik qaydalarının pozulması ilə əlaqədar cinayət işi açıb.Həmçinin Nəqliyyat Prokurorluğu təyyarənin yanması faktı ilə bağlı yoxlamalara başlayıb. "Şeremetyevo" hava limanı uçuş-eniş zolağını müvəqqəti olaraq bağlayıb. (TASS)

Mediapress.az