\
11 Oktyabr 2024 - Cümə

Səyyah Vüqar Quliyev seminar keçirəcək - "Səyahət etmək üçün o qədər də yüksək məbləğə ehtiyac yoxdur" - FOTOLAR

Səyyah Vüqar Quliyev seminar keçirəcək - "Səyahət etmək üçün o qədər də yüksək məbləğə ehtiyac yoxdur" - FOTOLAR
1688baxış
Mediapress.az xəbər verir ki, Azərbaycanın tanınmış səyyahı seminar keçirəcək. Dünyanın 68 ölkəsini, 128 şəhərini gəzən Vüqar Quliyev təşkil olunan seminarla bağlı müraciət etdi:
 
"Əziz dostlar, sizinlə "Dünyaya mənəvi səyahət" etmək və nəzərdə tutduğumuz 10 ehtiyacli ailəyə dəstək məqsədilə mükəmməl bir seminar keçirmək qərarına gəldik. Dünya ölkələrini səyahət etmək deyəndə çoxlarının ağlına böyük məbləğdə büdcə gəlir. Amma sən demə, səyahət etmək üçün o qədər də yüksək məbləğə ehtiyac yoxdur. Məlumat üçün bildirək ki, yüksək məbləğdə başa gələn səfər turizm adlanır. Səyahət isə çox az pula, hətta as budcə ilə də reallaşa bilər. Hər işdə olduğu kimi, səyahət etməyin də asan yolu var. Necə? 26 may tarixində bunun sirlərini öyrənəcəksiniz. Verə biləcəyiniz suallar:
1. Vizanı necə almaq olar?
2. Dünya səyahəti üçün daha sərfəli yollar hansılardır?
3. İnsanları mehriban və soyuqqanlı olan ölkələr?
4. Qitələrin içində daha maraqlısı hansıdır?
5. Azərbaycan haqqında hansı ölkələrin geniş məlumatı var?
Əgər sizin də bu kimi suallarınız varsa, o zaman qeydiyyatdan keçin. Bunun üçün eventlə əlaqə saxlaya bilərsiniz.
Seminarda Lotoreya da oynanılacaq və hədiyyə olaraq mənim dünya ölkələrindən gətirdiyim hədiyyələr olacaq. Bilet: 5 azn. Hər birinizi 26 May saat 15:00-da  Ruma Expo Hotel , Nerimanov rayonu, Aga Neymatulla kuc.48-də gözləyirəm!"
 
Səyyah Vüqar Quliyev
Əlaqə saxlamaq üçün  https://www.facebook.com/vguliyev müraciət edə bilərsiniz.