\
11 Oktyabr 2024 - Cümə

Polad Bülbüloğlu: Azərbaycan səfriliyində yanğın xəbəri dezinformasiyadır

Polad Bülbüloğlu: Azərbaycan səfriliyində yanğın xəbəri dezinformasiyadır
1379baxış

Bu gün TASS agentliyi Azərbaycanın Rusiyadakı səfirliyinin binasında yanğın baş verməsi haqqında xəbər yayıb.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu xəbəri təkzib edib:

"Hazırda biz səfirliyin binasındayıq və burda Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin dəstəyi ilə "Mədəniyyətlərin dialoqu və müasir dövrün çağırışları” kitabının təqdimatı keçirilir. Tədbir çərçivəsində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96 illiyi də qeyd olunur. Səfirlik binasının yanması barədə xəbərlər Rusiya KİV-lərinin dezinformasiyasından başqa bir şey deyil”, - deyə səfir bildirib. 
Mediapress.az