\
11 Oktyabr 2024 - Cümə

"Şuşanın dağları qara dumanlı" filminin təqdimat mərasimi keçirilib - BMM-də

"Şuşanın dağları qara dumanlı" filminin təqdimat mərasimi keçirilib - BMM-də
1406baxış

Mediapress.az xəbər verir ki, bu gün BMM-də “Şuşanın dağları qara dumanlı” adlı sənədli filmin təqdimat mərasimi keçirilib. Filmin məsləhətçisi Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, müəllfi isə Əməkdar jurnalist Mübariz Əsgərovdur.

Təqdimat mərasimində millət vəkilləri Fazil Mustafa, Qüdrət Həsənquliyev, Musa Qasımlı, Aqil Abbas və digər ziyalılar iştirak ediblər. Filmin əsas süjet xəttini Şuşanın işğalı, daxildəki xəyanət, baş verən hadisələrə o dövrün hakimiyyətinin laqeyd münasibəti təşkil edir. 

Şuşanın o vaxtkı icra hakimiyyətinin rəhbəri Mikayıl Gözəlovun fəaliyyətinin lentə alındığı filmdə onun qətli haqda da müəyyən məlumatlar verilib. Qətli təşkil edən, ömürlük azadlıqdan məhrum olan Elbrus İbrahimov təqdim olunan kadrlarda bu hadisəni necə törətməsi ilə bağlı danışıb. Elbrusun hazırda 51 yaşı var. Ömrünün 26 ilini həbsxanada keçirib. 

Hazırladı: Könül Aypara