\
11 Oktyabr 2024 - Cümə

Altay dağlarında qar uçqunu zamanı 7 turist ölüb

Altay dağlarında qar uçqunu zamanı 7 turist ölüb
1481baxış

Rusiyada Altay dağlarında qar uçqunu nəticəsində 7 turist ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən bildirilib.

Hadisə mayın 6-da Cənub Çuy dağ silsiləsində baş verib.

Qar uçqunundan sağ qurtulan iki nəfər isə mayın 8-də Koş-Ağac kəndinə çatıblar. Onlar rabitə əlaqəsi olmadığından qar uçqunu barədə məlumat ötürə bilmədiklərinin deyiblər.

Məlumata görə, mayın 8-də 7 nəfərin meyitini axtarmaq üçün hadisə yerinə helikopter göndərilib. 

Turistlər Rusiyanın Novosibirsk şəhərinin sakinləridir. 

Mediapress.az