\
11 Oktyabr 2024 - Cümə

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibi təsdiq edilib

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibi təsdiq edilib
1432baxış

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibi təsdiq olunub.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Fondundan bildirilib.

“3 may 2019-cu il tarixində Azərbaycan Prezidenti İlham Əliyev “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın (bundan sonra – Komissiya) yeni tərkibi genişləndirilib. Belə ki, Komissiyanın tərkibinə Dövlət Neft Fondunun İcraçı direktoru (sədr), Azərbaycan Energetika, Vergilər, Maliyyə, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlərinin müavinləri, Dövlət Statistika Komitəsi sədrinin müavini ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini də daxil edilib”, - məlumatda qeyd olunub.