\
11 Oktyabr 2024 - Cümə

Bürclər – 9 may

Bürclər – 9 may
1453baxış

Qoç – Xırdalıqlara əhəmiyyət verməyin. Möhtəşəm planlar, yaxşılığa doğru böyük dəyişikliklər, irimiqyaslı döyüşlər və müvafiq qələbələr günüdür. Bədxahlarınızın qarşınıza çıxarmağa heç nələri yoxdur. Aydındır ki, gücləriniz bərabər deyil və siz çox-çox üstünsünüz.

Sizə inanan, sizinlə qürur duyan və bunu gizlətməyən insanlarla ünsiyyət xoşunuza gələcək. Sizi tərifləyənlərə qulaq asın, komplimentlərdən həzz alın – hamısı ürəkdən gələn sözlərdir. Bu gün sizi təkcə gözəl sözlər, sevgi etirafları, həmçinin qiymətli hədiyyələr gözləyir.

Buğa – Başqa adama həvalə etmək, yaxud qeyri-müəyyən müddətə təxirə salmaq istədiyiniz işlərə xeyli vaxt sərf etməli olacaqsınız. Həm çətin, həm asan məsələləri məhz özünüz həll etməlisiniz. Planlaşdırmadığınız xərclər, dəyərli bir əşyanı itirməyiniz mümkündür.

Asanlıqla nəyəsə həvəsiyir, başınızı itirir, dəlicəsinə aşiq olur, hadisələrin inkişafını sürətləndirir, yeni münasibətləri daha ciddi məcraya yönəltməyə çalışırsınız. Bu da boşuna deyil: intuisiyanız deyir ki, siz öz qismətinizi tapmısınız.

Əkizlər – Nə istədiyinizi və bunun üçün nələrdən keçəcəyinizi yaxşı bilirsiniz. Sizinlə sövdələşmək mümkün deyil: öz mövqeyinizdən bir addım da geri çəkilmək fikriniz yoxdur və güzəştə getmirsiniz. Belə mövqe sizə yaraşır: ən azından ətrafınızdakılar sizə tez-tez diqqət yetirir, gah gizli, gah da aşkar şəkildə xarakterinizin gücünə həsəd aparırlar.

Enerjinizi lazımi məcraya yönəldə bilsəniz, gününüz uğurlu olacaq. Əks halda münaqişələr, mübahisələr, ciddi fikir ayrılıqları yarana bilər. Gəzintiyə çox vaxt ayırın. İdman və fiziki işlə məşğul olmaq xeyrinizədir.

Xərçəng – Özünəinamlı və diqqətsizsiniz. Tənqidi qeydləri, məsləhətləri qulaq ardına verməyə meyllisiniz, başqasının təcrübəsi nəzərə alınmalı olan yerdə öz intuisiyanıza güvənməyə üstünlük verirsiniz. Amma bəxtiniz gətirir: hətta əgər səhv də etsəniz, onun nəticəsi elə də ağır olmayacaq.

Bu gün sizi çox sərt danışmaqda, güzəştə getməməkdə qınayacaqlar. Onların buna tam haqları da çatır. Amma maraqlıdır ki, bu hərəkətiniz sizin üçün doğrudan da vacib olan insanlarla münasibətlərinizə kölgə salmır. Sizin xasiyyətinizə bələd olduqları üçün bu gün onları qorxutmursunuz.

Şir – Nə qədər müqavimət göstərsəniz də, xoşagəlməz vəziyyətə düşürsünüz. Bədxahlarınızın sayı durmadan artır, yeni tərəfdaşların peyda olacağına isə ümid etməyin. Kimsə kömək təklif edirsə, bunu elə ağızucu deyir ki, məsələnin nə yerdə olduğunu həmin dəqiqə anlayırsınız.

Odur ki, müstəqil hərəkət edəcəyinizə əvvəlcədən hazır olun. Bu, bir az yorucudur, amma səmərəsi az deyil və maraqlıdır. Üstəlik, yeni və faydalı nəsə öyrənə bilərsiniz. Uzunmüddətli səfərlər məsləhət deyil, gəzinti və piyada ekskursiyalar isə yaxşı keçəcək.

Qız – Sizin nailiyyətləriniz və zəhmətiniz kölgədə qalmır. Ancaq sizi tərifləyənlərin heç də hamısı bunu səmimi qəlbdən etmir. Mürəkkəb, qarışıq situasiyaya düşməmək üçün hər kəsə inanmayın. Əks halda çox dəyərli saydığınızdan məhrum ola bilərsiniz. Bədxahlarınıza yaltaqlıq vasitəsilə etibarınızı qazanmağa imkan verməyin.

Ətrafınızda baş verənlərlə bağlı çox fikirləşirsiniz, amma qəti bir nəticəyə gəlmirsiniz. Tələsib qəti qərarlar verməyin, əlaqələri qırmağa can atmayın.

Tərəzi – Ciddi mövzularda söhbət, birbaşa sizin peşəkar fəaliyyətinizlə bağlı sualların müzakirəsi üçün əla gündür. Köməyinə ümid etdiyiniz nüfuzlu adamlar etibarınızı doğruldacaqlar. Üstəlik, elə təkliflər alacaqsınız ki, ilk dəfədən öz xoşbəxtliyinizə inanmağınız gəlməyəcək.

 

Şəxsi münasibətlərdə təşəbbüskar olun. Öz yarlarını axtaran Tərəzilər maraqlı tanışlıqlara və taleyüklü görüşlərə hazır olsunlar. Sevgililər gözəl vaxt keçirəcəklər.

Əqrəb – Qələbə qazanmaq şansınız böyükdür. Bunun üçün elə də çox şey lazım deyil: azca özünüzə inam və riskə getmək hazırlığı. Sizi qorxutmaq istəyən, təhlükələri böyüdən insanlara qulaq asmayın. Həyəcanlı tanışlarınızın gözləntilərinə rəğmən hər şey çox gözəl keçəcək.

Yeni təəssürat axtarışındasınız və bu həvəsinizi təmin etməkdə pis heç nə yoxdur. Eksperimentlərdən, yeni tanışlıqlardan qorxmayın, öz hissləriniz barədə açıq danışın. Nə qədər cəsarətli olsanız, bir elə yaxşıdır. Alış-verişə çıxa bilərsiniz.