\
11 Oktyabr 2024 - Cümə

Böyük Vətən Müharibəsi...

Böyük Vətən Müharibəsi...
1619baxış

Bu gün dünya tarixində ən kədərli günlərdən biridir.1941-ci il iyunun 22-də Böyük Vətən Müharibəsi başladı.Həm gün faşist Almaniyası müharibə elan etmədən Sovet İttifaqına hücum etdi. Ölkənin ordu və əhalisi buna hazır deyildi. Müharibənin ilk günündə 1200 sovet təyyarəsi məhv edildi. Qırmızı Ordu motorlaşdırılmamışdı, 30-cu illərin sonunda həyata keçirilmiş Stalin repressiyalarının nəticəsində komanda heyəti az təcrübəli sərkərdələrdən ibarət idi. Ali baş komandan isə bütün bu vaxt ərzində özünü itirmiş vəziyyətdə idi və sovet xalqına yalnız iyulun 3-də müraciət etdi.

Bu müharibədə neftlə zəngin Bakı Hitlerə rahatlıq vermirdi. Alman qoşunları Qafqaza yaxınlaşırdılar. Hətta Bakının işğalı tarixi də təyin olunmuşdu – 25 sentyabr 1942-ci il. 1941-ci ildən 1945-ci ilədək davam etmiş müharibə zamanı ordu sıralarına Azərbaycandan 600 min nəfərdən çox insan cəlb olunmuşdu.
Azərbaycan SSR-in ərazisində 87 tabor, 1123 özünümdafiə dəstəsi yaradılmış, 77-ci atıcı, 223-cü atıcı, 396-cı atıcı, 402-ci atıcı və 416-cı atıcı diviziyalar formalaşdırılmışdı.
Böyük Vətən Müharibəsi zamanı göstərdiyi qəhrəmanlıqlara görə 128 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adını aldı, Həzi Aslanov isə iki dəfə bu şərəfli ada layiq görüldü. Sovet İttifaqı qəhrəmanı adını alanlardan 42-i nəfər milliyyətcə azərbaycanlı idi, onlardan 14-ü ölümündən sonra bu ada layiq görülmüşdü.
İlk Sovet İttifaqı Qəhrəmanı adını almış azərbaycanlı isə leytenant İsrafil Məmmədov oldu.
Mediapress.az