\
11 Oktyabr 2024 - Cümə

İlham Əliyev DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılışında iştirak edib

İlham Əliyev DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılışında iştirak edib
1596baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində iştirak ediblər.

Mediapress.az AZƏRTACa istinadən xəbər verir ki, dövlətimizin başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşdü. Sonda xatirə şəkli çəkdirildi.