\
11 Oktyabr 2024 - Cümə

Dövlət Komitəsinin sədri jurnalistləri məsuliyyətli olmağa çağırdı

Dövlət Komitəsinin sədri jurnalistləri məsuliyyətli olmağa çağırdı
1408baxış
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova zorakılığa məruz qalan qadın və uşaqlar haqqında məlumatlar yazan jurnalistləri məsuliyyətli olmağa çağırıb.
 
Bu barədə, o, Avropa Şurasının "Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Bakıda keçirilən "Gender bərabərliyi və media” adlı konfransda çıxışı zamanı deyib.
 
O bildirib ki, hansısa bir problemi araşdıran jurnalist məsuliyyətli olmalıdır: "Hesab edirəm ki, jurnalistlərin məsuliyyətlərinin artırılması istiqamətində treninqlər keçirilməlidir. Bəzi hallarda zorakılığa məruz qalmış qadınların və ya uşaqların həyatı mətbuatda yayılan yanlış informasiyalar hesabına təhlükəyə atılır. Axı onların da gələcəyi var. Əziz jurnalistlər, gəlin bir-birimizə hörmət edək. Onların da yaşamaq haqqı var. Onların haqqında yanlış məlumatlar yaymaqla həyatlarını təhlükəyə atmayaq".