\
11 Oktyabr 2024 - Cümə

Rusiyada quduz porsuq mağazaya soxularaq, üç nəfəri yaralayıb

Rusiyada quduz porsuq mağazaya soxularaq, üç nəfəri yaralayıb
1630baxış

Rusiyanın Ufa şəhərində quduz porsuq mağazaya girərək üç nəfəri yaralayıb.

İnterfaks xəbər verir ki, porsuq onu tutmaq istəyən işçiləri dişləyib. Baytarların verdiyi məlumata görə, heyvan quduzluğa yoluxubmuş. Baytarlar iynə vuraraq, onu öldürməyə məcbur olublar.

Yaralanmış üç nəfərə quduzluq əleyhinə zərdab vurulub. Onlar hazırda xəstəxanada müalicə alırlar.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyada quduzluğa yoluxmuş ceyran da sakinlərə hücum etmişdi.