\
11 Oktyabr 2024 - Cümə

Sumqayıtda baxçada yanğın - uşaqlar təxliyə edildi

Sumqayıtda baxçada yanğın - uşaqlar təxliyə edildi
1494baxış
Sumqayıt şəhərində uşaq baxçasının yerləşdiyi ikimərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 50 m² olan 1 otağın yanar konstruksiyaları 30 m² sahədə yanıb, qalan hissəsi qarsalanıb.
 
Fövqəladə Hallar Nazirliyindən Mediapress.az-a verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə olunub.
 
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.