\
11 Oktyabr 2024 - Cümə

Nəsimi rayon sakinlərinin nəzərinə!

Nəsimi rayon sakinlərinin nəzərinə!
1451baxış

Bakının Nəsimi rayonunun Asif Məhərrəmov küçəsində yeni çəkilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar bu gün 1-5-ci mikrorayonların bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə KİV-ə  “Azərsu” ASC-dən bildirilib.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Mediapress.az