\
11 Oktyabr 2024 - Cümə

Yurduna vurğun insan.... - FOTOLAR

Yurduna vurğun insan.... - FOTOLAR
1512baxış
Həyatın min bir çətinliyi ilə üzləşən Elçin müəllim uğurun bir sirrinin də insanın mübariz, əzmkar olmasında olduğunu deyir: “Əsas hədəfdir. Hədəfi böyük seçmək lazımdır. Əgər istəyinə nail ola bilmədinsə heç zaman ruhdan düşmək lazım deyil. Hər zaman irəli, deyib dayanmadan çalışmaq lazımdır”.
 
O, TƏHSİLƏ BÖYÜK ÖNƏM VERİR
lçin müəllim Qazax rayonunda “Göyəzən” hazırlıq kursları təhsil ocağını yaradıb. Həmin təhsil müəssisəsinə xüsusi olaraq Bakı şəhərindən təcrübəli müəllimlər cəlb edilib. Və həmin müəllimlərə aylıq məvaciblə bərabər kirayə pulu da ödənilir. Bir milləti millət olaraq formalaşdıran uğurlu yolun açarı təhsildən keçir. Təhsili möhkəm olan millətin ordusu da, tarixi də yenilməz olur. Qazax həqiqətən elmin, təhsilin, ziyalılığın məkanı olub. “Qori Müəllimlər Seminarıyası”, İkinci Şıxlı kəndində daş divarları bizə yadigar qalan “Rus-Tatar” məktəbi yazdıqlarıma əyani misaldır. Bu gün qazaxlı sahibkarın təhsilə böyük önəm verməsi də ürəkaçandır. Allahın köməyi ilə yaxın zamanlarda Elçin Carçıyevin rəhbərliyi ilə Qazaxda müasir standartlara cavab verən Məktəb-Lisey kompleksinin də inşasına başlanılacaq. İnanıram ki, tikintisinə başlanılacaq lisey Azərbaycana böyük alimlər, akademiklər, ziyalılar bəxş edəcəkdir.
 
VƏTƏNPƏRVƏR VƏTƏNDAŞ
O, vətənə, dövlətə, millətə olan sevgisini, sədaqətini gördüyü işlər ilə təsdiq edir. Uzun illərdir ki, “Qazax Veteranlar Cəmiyyəti”nə hər ay öz maddi dəstəyini əsirgəmir. Ancaq bunu çoxları bilmir. Qazax rayonundan olan Qarabağ Qaziləri Kamil Musəvini və Fərhad Əyyubovu “CARÇIOĞLU GROUP” MMC-də iş ilə (müşavir) təmin edib. Elçin müəllimə olan böyük hörmətim onun Qaziyə verdiyi yüksək dəyərdən dolayı yarandı. Yanvar ayında Azərbaycan Ordusunun Kapitanı Fərhad Əyyubov ağır yaralanmışdı. İnsanları Fərhadın görüşünə getməyə dəvət etdim. Elçin müəllimi də Qəhrəmanın görüşünə dəvət etdim. Söylədi ki, işimlə əlaqədar uzaqdayam, ancaq oğlumu mütləq göndərəcəm. Mən Hərbi Qospitala çatanda Murtuz Carçıyev artıq Qospitalda idi. Bu da Elçin müəllimin və ailəsinin dövlətə, millətə olan sevgisinin ən aydın göstəricisi idi.
 
SÖZÜNƏ ETİBARLI İNSAN
Şirkətdə işləyən işçilərin 80 faizi qazaxlıdır. O, gələcəyimiz olan gənclərə böyük dəstək olur. Bir faktı da yazmasam olmaz. Qazaxdan Elçin müəllimə zəng gəlir. Övladının ali təhsil, magistatura təhsili aldığını söyləyən ana, oğlunun işsiz olduğunu deyir. Çox qısa bir vaxtda (bir həftə bundan öncə) həmin gənc “CARÇIOĞLU GROUP” MMC-də işlə təmin olunur. Mən Elçin müəllimlə həmsöhbət olanda qarşımda məğrur, yenilməz, vicdanlı, zəhmətkeş, yurdcanlı, qeyrətli bir insanı gördüm. Qazax mahalının sözünə etibarlı övladıdır Elçin müəllim. El verəndə öz oğluna qüdrəti, Başdan yağan dövlətə bax, vara bax. Gözündəki şəfəqi gör şəfəqlən, Alnındakı qürura bax, nura bax. (Barat Vüsal) 
 
YURD-YUVANIN, OD-OCAĞIN, EL-OBANIN VURĞUNU
Elimizin qürürlu oğlu Qazaxı ürəyinin ən yaxın sirdaşı bilir. “Hər ay Qazaxa getməsəm rahatçılıq tapmıram”, deyir. Həyat yoldaşı Kəmalə xanım Gədəbəy rayonundandır. İxtisasca müəllimə olan Kəmalə xanım Qazaxda müəllimə işləyib. Orada yaşadığı, işlədiyi illər ərzində Qazaxı daha çox sevib. Sözsüz ki, Elçin müəllimin də bu sevgidə böyük rolu olub. Həyat yoldaşının Qazaxa olan sevgisi Kəmalə xanımı da ən incə tellərlə Qazaxa bağlayıb. “Elə adamlar var ki, deyir qocalanda adam daha çox doğulduğu yurdu istəyir. Mənim Qazaxa olan sevgim uşaqlıqdan necə böyük, əvəzolunmaz idisə, indi də eyni həmin sevgi ilə sevirəm Qazaxı. Qazax mənim üçün əvəzsiz, tayı-bərabəri olmayan bir diyardır”, -deyir Elçin müəllim. Demə, danışanda söz danış, Barat, Demə, yurd-yuvadan az danış, Barat, Həmişə Qazaxdan yaz, danış, Barat, İnsan ünvanıyla gözəldi, qardaş! Mən də bu könül yazımla çalışdım ki, Elçin müəllimə Vətənə, dövlətə, millətə, el-obaya hər zaman layiqli vətəndaş olduğu üçün öz adımdan, Elçin Carçıyev sevərlər adından təşəkkürümü bildirim. Nə yaxşı ki, sizin kimi dürüst, zəhmətkeş, el-obasına, yurd-yuvasına vurğun olan dəyərli bir eloğlumu tanıdım. Bundan sonra da sizə uğurlar, uğurlar və yenə də uğurlar azrulayıram, Elçin müəllim.
Hörmətlə: Səbinə YUSİF, tədqiqatçı-yazıçı