\
11 Oktyabr 2024 - Cümə

Səfirlər Samuxun Sariqamış kənd camaatı ilə görüşüblər - Reportaj - FOTOLAR

Səfirlər Samuxun Sariqamış  kənd camaatı ilə görüşüblər - Reportaj - FOTOLAR
1700baxış

Ötən ildən başlayaraq “Azərbaycanın Daşkəsən, Goranboy və Samux rayonlarında aztəminatlı kənd ailələrinin sosial-iqtisadi vəziyyətinin gücləndirilməsi və inkişafı”(SEEDS) layihəsi həyata keçirilir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və İttifaqa üzv bir qrup dövlətin Azərbaycandakı səfirləri Samux rayonuna işgüzar səfər ediblər. Əvəlcə qonaqlar Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevlə görüşüblər.

İcra başçısı qonaqları salamlayıb və rayonun iqtisadi, sosial inkişafında göstərdiyi dəstəyə, verdiyi töhfələrə görə təşəkkürünü bildirib.  Daha sonra qonaqlar icra hakimiyyəti nümayəndələrinin müşayəti ilə Samuxun Sarıqamış kəndinə yollanıblar.  Qonaqlar kənd camaatı ilə görüşüb, layihə çərçivəsində verilən dəstəyin nəticələri barədə söhbət aparıblar. Görüş zamını kənddə qurulan və kənd camaatının istehsal etdiyi məhsulların satış sərgisin ilə tanış olan səfirlər maraqlı təəssüratlar əldə ediblər. Onlar Avropa İttifaqının maliyyəsi ilə salınan əkin  sahələrinə , kənd qadınlarının əl işləri, hazırladıqları məhsullara baxış keçirib, əhalinin əlavə ehtiyacları ilə maraqlanıblar. Ardınca təbiət qoynunda keçirilən tədbirdə layihənin məlumatlandırma hissəsi olub.

SOS Uşaq Kəndləri Azərbaycan təşkilatının SEEDS layihəsi rəhbəri Xəyyam İsmayıl xarici qonaqlara, media nümayəndələrinə görülən işlər barədə ətraflı məlumat verib. O qeyd edib ki, Avropa İttifaqının maliyyəşdirdiyi,  SOS Uşaq Kəndləri Azərbaycan, Gəncə Aqrobiznes Assosiasiyası və Kənd Yazıl Turizminin İnkişafına Dəstək təşkilatlarının icra etdiyi layihə 36 aylıq müddətdə nəzərdə tutulub və 2020-ci ildə yekunlaşacaq. “ Layihənin əsas məqsədi 3 rayon və 30 kəndin 400 aztəminatlı kənd ailəsinin(2000 şəxs), başq sözlə 400 həssas qrupa daxil olan valideynin bazaryönümlü gəlir və məşğulluğu yönələn təşəbbüslərinin artırılmasına dəstəyin verilməsidir. Layihənin bir çox komponenti var. Bunlar arasında kənd turizmi təcrübəsini, insanların peşə bacarıqlarını artırmaq, kiçik və orta sahibkarlığı inkişaf etdirmək, aztəminatlı ailələrin ailədaxili, sosial problemlərinin çözülməsinə yardım göstərmək, kəndlərdə qadınların maarifləndirilməsi, kişilərin qadınlara dəstək verilməsini təmin etməkdir.  Bu günə  qədər onlarla ailəyə dəstək olunub, istixanaların yaradılması üçün onlara avadanlıq verilib, ailələrə tərəvəzçilik, meyvəçilik, arıçılıq, südçülük, toxuculuq, quşçuluq heyvandarlığın inkişaf etdirilməsi üçün imkanlar yaradılıb,  maddi dəstəkdən əlavə, onların təlimatlandırılması üçün təlimlər keçirilib. Kənd icmalarından seçilmiş insanların bacarıqlarının artırılması artıq öz bəhrəsini verib, dəstəyimiz davam etdirilir.”

Daha sonra çıxış edən Avropa İttifaqının Azərbaycandakı səfiri Kentutis Yankauskas kənd camaatının aktivliyinin şahidi olduğundan məmunluğunu bildirib, layihənin nəticələrindən razı qaldığını və Avropa İttifaqının insanların rifahının yaxşılaşdırılması üçün verdiyi dəstəyin davam edəcəyini diqqətə çatdırıb. Kentutis Yankauskas və  digər səfirlər, xarici qonaqlar kənd məhsullarının eləcə də kənd qadınlarının isti-isti bişirdiyi qutabın dadına baxıblar.

SEEDS layihəsinə cəlb olunan Sarıqamış kəndinin sakini Zülfiyyə Nəbiyeva  iə söhbətdə o qeyd edib ki, 5 ay ərzində layihənin təşkil etdiyi peşə bacarıqların artırılması təlimində iştirak edib. “ Təlimdən əlavə  mənə avadanlıq elektrik peçi, müxtəlif lazım olan ləvazimatlar da alınıb. Əvvəllər evdə bişirdiyim məhsulları pərakəndə şəkildə paylayırdım. İndi təlimlərdə öyrəndıklərimə əsasən hazırladığım un  məmulatlarını, bişirdiyim şirniyyat məhsullarını mağazalara sifariş əsasında verirəm, artıq müəyyən gəlirlərim var, sistemli, qənaətli iş görürəm. Layihə icraçıları, təşkilatlar bizə hər mənada dəstək verirlər.“

Raminə Eyvazqızı