\
11 Oktyabr 2024 - Cümə

Gürcüstan prezidenti Azərbaycan səfirliyinə gəldi və dedi: “Sülh və dostluq!”

Gürcüstan prezidenti Azərbaycan səfirliyinə gəldi və dedi: “Sülh və dostluq!”
1349baxış

Gürcüstan prezidenti Salome Zurabişvili sərhədin mübahisəli məntəqələri ilə Azərbaycanla aparılan danışıqlar ətrafında hay-küy yaradanları tənqid edib.

Xatırladaq ki. dünən ruhanilərdən və ictimaiyyət nümayəndələrindən ibarət bir qrup Azərbaycanla sərhəddə yerləşən mübahisəli Keşikçidağ monastırının yaxınlığında aksiya təşkil edərək, “David Qareci Gürcüstandır” şüarı səsləndiriblər. Bundan əlavə, Gürcüstanın müxalif partiyaları hakimiyyəti ölkənin maraqlarını qoruya bilməməkdə ittiham edirlər.

“Son günlər biz iki dost ölkə arasında komissiya çərçivəsində danışıqlar yolu ilə həll olunan bəzi məsələlər üzrə ajiotaj barədə eşidirik. Bizi başqa yolla aparmaq istəyən artıq keçmişdə qalıb. Qayıtmayacağımız keçmişdə. Bu siyasi manipulyasiyalar hər iki ölkəyə, Qafqazda sülhə, sabitliyə və inkişafa zərər yetirəcək. Bu, heç kimə lazım deyil və biz bunu gözəl anlayırıq, buna görə də, son məqsədə çatmaq üçün birgə mübarizəyə başlamışıq”, - Zurabişvili bildirib.