\
11 Oktyabr 2024 - Cümə

Azərbaycan bankları dövlət ipoteka proqramındakı iştirakının azalmasından narazıdırlar

Azərbaycan bankları dövlət ipoteka proqramındakı iştirakının azalmasından narazıdırlar
1379baxış

Azərbaycanda ipoteka kreditlərinə yüksək tələbat olduğuna görə banklar Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu (ARİKZF) tərəfindən müəyyən edilən limitlərinin artırılmasında maraqlıdır.

“Report” xəbər verir ki, bunu VTB-Azerbaijan bankın İdarə Heyətinin sədri Yevgeni Kirin mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu il ipoteka kreditlərinin inkişaf templərinin xeyli yüksəldiyinə görə, Fondun tətbiq etdiyi illik limitlərin yaxın vaxtlarda banklar tərəfindən istifadə ediləcəyi gözlənilir.

“Hər bir müvəkkil bank üçün bu limit individual şəkildə müəyyən edilir və VTB-Azerbaijan bankı üçün bu illik hədd 10 milyon manat səviyyəsindədir. Bu limitin bizim bank üçün iki dəfə və ya daha çox artırılmasında maraqlıyıq”, – deyən bank rəhbəri hazırda dövlət ipoteka proqramı çərçivəsində kredit verilməsində bankların rolunun dəyişdiyini dilə gətirib.

“İndi ARİKZF əsasən öz imkanları hesabına işləməyə üstünlük verir. Banklar vasitəsilə verilən ipoteka kreditlərin həcmini azaldaraq Fond daha çox borcalanlarla birbaşa işləməyə üstünlük verir. Həmçinin əhalinin kreditləşməsində lizinqdən də istifadə edilməsi variantı müzakirə olunur. Lakin mənim fikrimcə, lizinqlə yanaşı ipoteka verən qurum olaraq banklarla da əməkdaşlıq davam etdirilməlidir. Çünki belədə əhalinin ipoteka almaq imkanları daha artır”, – deyən Y.Kirin bunu bankların çoxlu sayda satış ofislərinin olması, ipoteka götürə biləcək müştərilərin də sayının artacağı ilə əsaslandırıb.

“İpoteka un məhsullarının bazarın həcmini, trendini müəyyən edən əsas amil olduğunu başa düşürük. Ona görə də bankların Fondun tərəfdaşı olaraq qalmasını istərdik. Bu, dövlət ipoteka programı üçün miqyas baxımdan əhəmiyyətlidir. İpotekada gecikmə halları çox az vüsət aldığı üçün banklar da bunda maraqlıdır. Üstəlik banklar da ipoteka kreditləri sahəsində topladığı təcrübə və vərdiş sonradan müstəqil kommersiya ipoteka siyasətinin hazırlanıb tətbiq olunmasında istifadə oluna bilər”, – deyən Y.Kirin dövlət ipoteka proqramının şərtləri banklar tərəfindən təklif edilən kommersiya ipoteka üzrə şərtlərdən daha üstündür. 

“Banklar hələlik rəqabət qabiliyyətli məhsul ortaya çıxartmaqda çətinlik çəkir. Faiz dərəcələrindəki fərq böyükdür. Banklardakı faizlərlə bağlı vəziyyət yoluna düşdükcə biz də sözümüzü deyə biləcəyik. Odur ki, əmanətçilərə sərfəli olmasa da, məncə depozit dərəcələri aşağı salınmalıdır. Əlçatan maliyyə mənbələrimiz olsa, bəlkə də nə vaxtsa dövlət ipoteka kreditlərilə rəqabət aparacaq məhsul yarada bilərik”, - deyən bank rəhbəri Azərbaycanda da Rusiyadakı kimi ipoteka kreditlərinin (25-30 illik) orta hesabla 7 il ərzində qaytarılacağına ümidvar olduğunu qeyd edib.