\
11 Oktyabr 2024 - Cümə

Gəncədə 50 yaşlı kişi intihar edib

Gəncədə 50 yaşlı kişi intihar edib
1523baxış

Gəncə şəhərində yerli sakin intihar edib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Z.Hacıyev küçəsində qeydə alınıb. 

Belə ki, Gəncə şəhər sakini, 1969-cu il təvəllüdlü Tofiq Cəlal oğlu Qurbanov yaşadığı evin həyətində özünü ağacdan asaraq intihar edib.

Onun ruhi əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.