\
11 Oktyabr 2024 - Cümə

Bakı metrosunda qadın özünü qatarın altına atıb

Bakı metrosunda qadın özünü qatarın altına atıb
1467baxış

Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin "28 may" stansiyasında intihara cəhd hadisəsi baş verib. 

"Report"un əldə etdiyi məlumata görə, bir qadın özünü qatarın altına atıb. 

Hadisə ilə bağlı metroya giriş 15-20 dəqiqəlik dayandırılıb. 

Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov faktı "Report"a təsdiq edib. 

Onun sözlərinə görə, hazırda hadisə ilə bağlı araşdırma aparılır və rəsmi məlumat veriləcək.