\
11 Oktyabr 2024 - Cümə

GİZ jurnalistlər üçün növbəti seminar keçirib - FOTOLAR

GİZ jurnalistlər üçün növbəti seminar keçirib - FOTOLAR
1031baxış

Ötən həftənin şənbə-bazar günləri "Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşma” regional proqramı çərçivəsində seminar keçirilib. Belə ki, Xaçmaz şəhərinin Nabran qəsəbəsindəki "Palma" istirahət mərkəzində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən KİV nümayəndələrinə "Sığorta hüququ və onun tətbiqi qaydaları: beynəlxalq qanunvericilik və təcrübə" mövzusunda seminar baş tutub. 

Mediapress.az xəbər verir ki, seminarı giriş sözü ilə GİZ-in nümayəndəsi Şakir Səfərbəyov açıb. O, iştirakçılara seminarın məqsədi və əhəmiyyəti barədə məlumat verib. Qeyd edib ki, təmsil etdiyi təşkilat jurnalistlər üçün hər zaman aktual olan mövzularda təlimlər keçirməyə çalışır. Gələcəkdə də media nümayəndələrini maraqlandıran mövzularda təlim-seminarlar davam etdiriləcək. 

Daha sonra seminarın təlimçisi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, ekspert Tahir Əliyev mövzu ilə bağlı geniş mühazirəyə başlayıb.

Seminar çərçivəsində bugünkü proqrama əsasən media nümayəndələrinə sığorta, sığorta münasibətlərinin subyektləri, sığorta sahələri, sığorta obyekti və sığorta predmeti, sığorta marağı, təkrarsığorta, şərikli sığorta, qrup halında sığorta, ikili sığorta, qismət sığorta, azadolma məbləği və s. barədə ətraflı məlumat verilib. Həmçinin təlimçi ilə jurnalistlər arasında qarşılıqlı fikir mübadiləsi də aparılıb. Tahir müəllim KİV nümayəndələrinin seminarı əhatə edən mövzu ilə bağlı sualları cavablandırılıb.

Hazırladı: Könül Aypara