\
11 Oktyabr 2024 - Cümə

Bu gün Masazırda işıq olmayacaq

Bu gün Masazırda işıq olmayacaq
1383baxış
Bu gün saat 13.30-dan 15.30-dək Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq. 
 
Bu barədə KİV-ə "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
 
T.Mustafayevin sözlərinə görə, fasilə 110/10 kVt-luq Əliağa Vahid yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədardır.
 
Yaranmış narahatçılığa görə "Azərişıq” ASC istehlakçılarından üzr istəyir.