\
11 Oktyabr 2024 - Cümə

İlham Əliyev Bolqarıstanın “Dostluq” medalına layiq görülüb

İlham Əliyev Bolqarıstanın “Dostluq” medalına layiq görülüb
1388baxış
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın "Dostluq” medalına layiq görülüb.
 
Medal Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclasında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədova təqdim edilib.
 
Bildirilib ki, bu medal Prezident İlham Əliyevə Azərbaycan və Bolqarıstan arasında dostluq münasibətlərinin inkişafında xidmətlərinə görə təqdim olunub.