\
11 Oktyabr 2024 - Cümə

Məşhur futbolçu karyerasını başa vurub

Məşhur futbolçu karyerasını başa vurub
1433baxış

Yaponiyanın “Saqan Tosu” klubunun futbolçusu Fernando Torres karyerasını başa vurub.

“Report” xəbər verir ki, 35 yaşlı ispaniyalı hücumçu qərarını “Twitter” hesabı vasitəsilə açıqlayıb.

Qeyd edək ki, Torres karyerası ərzində İspaniyanın “Atletiko”, İngiltərənin “Liverpul” və “Çelsi”, eləcə də İtaliyanın “Milan” klubunun formasını geyinib. İpsaniya millisi ilə dünya və Avropa çempionu olan forvard, UEFA Çempionlar Liqası və Avropa Liqasının da qalibi olub. O, yığmada 110 oyuna 38, klublarda isə 706 matça 252 qol vurub.